Radio dalğaları təsir edərək toxumalarda qanın axışını gücləndirmək,onların tonusunu və oksigenlə qidalanmasını artırmaq və nəticə etibarı ilə hüceyrənin metabolizmi,eləcə də kapillyarlarda qan dövranını gücləndirmək mümkündür ki,bu da orqanizmin öz-özünü müalicə etməsini stimullaşdırır.Bu prosedura nəticəsindədəri parlaq,sağlam və hamar görünüşünü bərpa edir.Radiotezlikli müalicənin müstəsna əhəmiyyətə malik təsiri dərinin sanki yenidən yaranmış kimi sağlam və daha sıx,elastik olmasıdır.
Kavitasiya(boşluq yaranması.Bu müdaxilə nəticəsində dəri altındakı piy hüceyrələri parçalanır və onların qalıqları bədəndən xaric olunur.Piy hüceyrələrinin yerində müvəqqəti olaraq boşluq yaranır ki,prosesin də adı buradan götürülmüşdür).-bədənin müxtəlif hissələrində düzgün həyat tərzi və qidalanma vərdişlərinəyiyələnmək şərti ilə,kavitasiya nəticəsində piy və selülitin azaldılması istiqamətində əhəmiyyətli nəticələr əldə edilə bilər.
Kavitasiya nəticəsində müdaxilə olunan sahədə toxumaların oksigenlə təchizatı güclənir və onlar sağlam olur,möhkəmlənir.
Radiotezlikli müdaxilə və kavitasiya texnologiyalarının hər ikisinin kombinasiyasından ibarət müalicə,bu texnologiyaların ayrı-ayrı tətbiqi ilə müqayisədə daha ciddi və təsirli nəticələr əldə edilir.Kavitasiyanın tətbiqindən əvvəl ya da sonra müvafiq toxumada radiotezlikli dalğalarla müdaxilə ilə qan dövranı gücləndirilir və bunun nəticəsində həmin toxumadakı piyin azalması nəticəsində onun yumşalmasının,zəifliyinin qarşısı alınır.
Bu ikili texnologiya digər cəhətləri ilə yanaşı,qiymətləri azaltmağa imkan verir,çünki iki sistem yerinə gözəllik salonları bir sistem satın alır.Müştərilərə daha az qiymətə daha çox və daha effektiv xidmət göstərmək ideyası beləliklə COMBİ PLUS nümunəsində öz təcəssümünü tapmış olur.
Komplektləşdirici detallar:
Radiotezlikli əllə idarəetmə blokları: 30,60 və 80 mm diametrli birqütblü və 30 mm diametrli ikiqütblü .Canlı toxumalarla işləməyə uyğun keramikadan hazırlanmışdır.Kavitasiya bloku-28 KHz.
Texniki passport:
Radiotezlik(“TwinTrend”)+Kavitasiya(“SlimCav Plus”)=Combi Plus
|
Monitor: |
¼ vga(video qrafika adapter),rəngli,sensor panel |
|
Radiotezlikdən Kavitasiya və ya əksinə dəyişdirmə açarı: |
Tamamilə elektron,proqram təminatı ilə idarə olunur. |
|
Ölçüləri /Çəkisi: |
51x40x47,25kq |
|
İstifadəçiləri: |
Peşəkar kosmetoloqlar |
|
|